Azərbaycan Kuboku: Yarımfinala yüksələn iki komanda bəlli olacaq

Azərbaycan Kuboku: Yarımfinala yüksələn iki komanda bəlli olacaq Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Futbol
19 Dekabr , 2019 07:20
Azərbaycan Kuboku: Yarımfinala yüksələn iki komanda bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Hər iki görüş Bakıda olacaq. 

İlk matçda "Zirə" "Səbail"i qəbul edəcək. Komandalar arasında "ASCO Arena"da keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb. "Səbail"ə yarımfinala yüksəlmək üçün qollu heç-heçə də bəs edəcək. 

Günün digər matçında  "Sabah" “Bank Respublika Arena”da "Qəbələ" ilə üz-üzə gələcək. 

Komandalar arasındakı Qəbələdə keçirilmiş qarşılaşma əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Jelko Sopiçin rəhbərlik etdiyi paytaxt klubu ən azı görüşün əlavə vaxta getməsi üçün üç cavabsız qolla qəlib gəlməlidir. 

Azərbaycan Kuboku 1/4 final mərhələsi, cavab oyunları 

19 dekabr 

15:00. “Zirə” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 0:0. 

18:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bank Respublika Arena”

İlk oyun - 0:3 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri dekabrın 20-də olacaq. "Sumqayıt" "Neftçi"ni, "Keşlə" isə "Qarabağ"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi