Azərbaycan Kuboku: "Sumqayıt" "Səbail"ə məğlub oldu

Azərbaycan Kuboku: "Sumqayıt" "Səbail"ə məğlub oldu Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Futbol
1 Fevral , 2021 17:57
Azərbaycan Kuboku: Sumqayıt Səbailə məğlub oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, raundun ilk oyununda "Sumqayıt" "Səbail"i qəbul edib.

"Kapital Bank Arena"dakı qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in heyətində yeganə qolu 12-ci dəqiqədə Amil Yunanov vurub. 28 yaşlı hücumçu keçmiş klubunu məyus edib.

Bu oyun həm də Kamran Ağayevin 673 gündən sonra ilk dəfə rəsmi oyunda meydana çıxması ilə əlamətdar olub. "Səbail"in qapıçısı 2016/2017 mövsümündə qısa müddət çıxış etdiyi "Sumqayıt"a qarşı oynayıb. Sonadək meydanda olan Ağayev qapısını toxunulmaz saxlamağı bacarıb.

Komandalar arasındakı cavab görüşü fevralın 6-da olacaq.

Qeyd edək ki, günün növbəti matçında "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. 1/4 final mərhələsinin digər iki oyunu fevralın 2-də gerçəkləşəcək. "Keşlə" "Kəpəz"lə, "Neftçi" isə "Zirə" ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi