Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Futbol
9 Dekabr , 2022 19:03
Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

“Report”un məlumatına görə, ilk oyunlar çərçivəsində son matçda “Səbail” “Sabah”ı qəbul edib.

“ASCO Arena”dakı görüşün 12-ci dəqiqəsində qonaq komanda meydanda azlıqda qalıb. Qapıçı Nicat Mehbalıyev qırmızı vərəqə aldığından, “Sabah” qarşılaşmanın böyük hissəsini 10 nəfərlə keçirib.

Oyunda hesabı meydan sahibləri açıblar. “Səbail”in futbolçusu Kizito Luvaqa 32-ci dəqiqədə fərqlənib. 62-ci dəqiqədə Franko Mazurek fərqi iki topa çatdırıb. Argentinalı yarımmüdafiəçi 11 dəqiqə sonra dubla imza atıb. 80-ci dəqiqədə Kristian Sebalyos dəqiq zərbə ilə qollardan birinin əvəzini çıxıb.

Ancaq bu da görüşdə son top olmayıb. 90+5-ci dəqiqədə Davit Volkov adını tabloya yazdırıb. Qarşılaşmada son nöqtəni qoyan gürcüstanlı hücumçu fərqi minimuma endirib. Nəticədə “Səbail” 3 top fərqilə önə keçdiyi qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.

Tərəflər arasında cavab oyunu dekabrın 19-da baş tutacaq.

1/4 finalın əvvəlki oyunlarında “Zirə” evdə “Neftçi”yə 1:0, “Turan Tovuz” səfərdə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib, “Qarabağ” isə “Qəbələ” ilə heç-heçə edib - 2:2.

Son xəbərlər

Orphus sistemi