Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala vəsiqə qazandı

Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala vəsiqə qazandı 1/4 finalın ilk cavab matçında "Qəbələ" "Qarabağ"ı qəbul edib
Futbol
6 Fevral , 2021 17:00
Azərbaycan Kuboku: Qarabağ yarımfinala vəsiqə qazandı

Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

"Report" xəbər verir ki, 1/4 finalın ilk cavab matçında "Qəbələ" "Qarabağ"ı qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində ilk qolu 6-cı dəqiqədə Maksim Medvedev vurub. Patrik Andrade 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 48-ci dəqiqədə özünün ikinci komandasının üçüncü qoluna imza atıb.

İlk görüşdə rəqibini 3:1 hesabı ilə üstələyən "köhlən atlar" yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, günün digər matçında "Səbail" "Sumqayıt"la üz-üzə gələcək. İlk qarşılaşmada paytaxt klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi yarımfinalda "Qarabağ"ın rəqibi olacaq.

1/4 finalın digər oyunları fevralın 7-də olacaq. "Kəpəz" "Keşlə"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. "Neftçi" və "Kəpəz" ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.

Son xəbərlər

Orphus sistemi