Azərbaycan Kuboku: İlk yarımfinalçılar müəyyənləşir

Azərbaycan Kuboku: İlk yarımfinalçılar müəyyənləşir Fulbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə bu gün start veriləcək
Futbol
6 Fevral , 2021 07:30
Azərbaycan Kuboku: İlk yarımfinalçılar müəyyənləşir

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.

"Qəbələ" son ölkə çempionu "Qarabağ"ı qəbul edəcək. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Meydan sahibləri mərhələ adlamaq üçün minimum 2 cavabsız qolla qalib gəlməlidir.

Günün digər matçında "Səbail" Bakıda "Sumqayıt"la üz-üzə gələcək. İlk qarşılaşmada qələbə qazanan paytaxt klubuna cavab görüşündə heç-heçə də kifayət edəcək.

Bu iki cütün qalibləri yarımfinalda bir-biriləri ilə görüşəcək.

Azərbaycan Kuboku

1/4 final mərhələsi

Cavab oyunları

15:00. “Qəbələ” – “Qarabağ”

İlk oyun - 1:3.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu, 15:00

18:00. “Səbail” – “Sumqayıt”

İlk oyun - 1:0.

Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”.

Qeyd edək ki, 1/4 finalın digər oyunları fevralın 7-də olacaq. "Kəpəz" "Keşlə"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. "Neftçi" və "Kəpəz" ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.

Son xəbərlər

Orphus sistemi