Azərbaycan Kuboku: 1/8 finalın proqramı bəlli olub

Azərbaycan Kuboku: 1/8 finalın proqramı bəlli olub Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşdi. Bir qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:
Futbol
3 Dekabr , 2021 16:49
Azərbaycan Kuboku: 1/8 finalın proqramı bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

10 dekabr (cümə)

14:00. “Zaqatala” – “Səbail”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

17:00. MOİK – “Qəbələ”
“Dalğa Arena”.

11 dekabr (şənbə)

15:00. “Keşlə” – “Qaradağ Lökbatan”
“ASK Arena”.

18:00. “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”

Son xəbərlər

Orphus sistemi