Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.
Futbol
552
15 Yanvar , 2021 16:06
Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir oyundan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək.

“Qaradağ Lökbatan” – “Zirə” qarşılaşması Peşəkar Futbol Liqasının yutub kanalı, digər oyunlar isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

24 yanvar (bazar)

15:00. “Səbail” – “Zaqatala
“ASCO Arena”

25 yanvar (bazar ertəsi)

14:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu

16:00. Qaradağ Lökbatan” – “Zirə”
“Dalğa Arena”

17:00. “Sabah” – “Kəpəz
“Bank Respublika Arena”.

Son xəbərlər

Orphus sistemi