Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunları üçün təyinatlar açıqlanıb

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunları üçün təyinatlar açıqlanıb “Qarabağ”ın matçı gənc referiyə tapşırılıb
Futbol
11 Dekabr , 2018 14:13
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunları üçün təyinatlar açıqlanıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Neftçi” – “Sumqayıt” matçı FIFA referisi Əliyar Ağayevə, “Qarabağ” – “Keşlə” dueli isə gənc baş hakim Vüqar Həsənliyə tapşırılıb. 

15 dekabr (şənbə)

17:00. “Zirə” – “Səbail”

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Fizuli Nəcəfov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Dalğa Arena”

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Bakcell Arena”

16 dekabr (bazar)

14:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Eldar Qasımov

Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” – “Keşlə”

Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, bütün oyunlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi