Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib Komanda 1/8 finalda Rumıniya təmsilçisi "Old Boys"la üz-üzə gəlib
Futbol
3 Sentyabr , 2022 13:43
Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" Monteneqroda keçirilən EMF Çempionlar Liqasında növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, komanda 1/8 finalda Rumıniya təmsilçisi "Old Boyz"la üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan "Beerbaşa" 1/4 finala yüksəlib. Azərbaycan komandasından Elvin Əlizadə və Emin Əliyev, Rumıniya təmsilçisindən Marian Boyşan dəqiq olub. Eduard Petre və Silviu Radu isə penalti zərbələrini dəqiq yerinə yetirə bilməyib.

1/4 final matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Rəqib "Sipa" (Bosniya və Herseqovina) – "Dadi Qradnya" (Monteneqro) cütünün qalibi olacaq.

Son xəbərlər

Orphus sistemi