Azərbaycan klubunun baş məşqçisi: "Avropa Kubokuna qələbə ilə start vermək istəyirik"
Komanda
- 16 oktyabr, 2025
- 11:16
"Abşeron Lions" basketbol klubu FIBA Avropa Kubokunun əsas mərhələsinin ilk oyununda qələbə qazanmağa çalışacaq.
Bu barədə "Report"a komandanın baş məşqçisi Erhan Toker açıqlama verib.
Türkiyəli mütəxəssis bu gün Estoniya təmsilçisi "Kalev"ə qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb:
"Bu qarşılaşmaya yaxşı hazırlaşmışıq. Bunun üçün oyundan əvvəl dörd məşq etmişik. Deyə bilərəm ki, yaxşı durumdayıq. Heyətdə zədəli basketbolçu yoxdur".
E.Toker istədikləri nəticəyə nail olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:
"Bu matçda qalib gəlməyə çalışacağıq. Əsas mərhələyə yaxşı start vermək niyyətindəyik".
Qeyd edək ki, "Abşeron Lions" - "Kalev" görüşü bu gün, saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək.
Son xəbərlər
10:14
"Birmarket"in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
Biznes10:10
Babək Quliyev UEFA-dan təyinat alıb
Futbol10:09
Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək
Energetika10:04
Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
Daxili siyasət09:50
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb
Ekologiya09:49
Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib
İKT09:46
Yardımlıda iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb
Hadisə09:44
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:32