Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalanıb
Futbol
- 18 aprel, 2025
- 17:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan II Liqasında çıxış edən “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq cəzalanıb.
“Report” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna mütəxəssisin XXI turun “Füzuli” ilə matçı bitdikdən sonra hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub. Onun bu hərəkətinə görə Ağdaş təmsilçisi 400 manat ziyana düşüb.
Bölgə klubu oyun bitdikdən sonra futbolçular tərəfindən stadionun paltardəyişmə otağına vurulan zərəri də qarşılayacaq.
Bundan əlavə, “Ağdaş” klubu 6 futbolçunun sarı vərəqə almasına görə 70 manat cərimələnib.
Son xəbərlər
09:38
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
Xarici siyasət
09:34
Litva səfiri "Sabah"ı UEFA Çempionlar Liqasındakı tarixi qələbəsi münasibətilə təbrik edib
Xarici siyasət
09:30
Mikayıl Cabbarov "Rebuild Karabakh" sərgisinin iştirakçılarına çağırış edib
Biznes
09:28
FIBA Çempionlar Liqası: "Sabah" basketbol komandası növbəti oyununa çıxır
Komanda
09:16
UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək
Futbol
09:10
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
İKT
09:07
Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb
Futbol
09:03
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
Futbol
09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.10.2026)
Maliyyə