Azərbaycan klubu topdaşıyanlara görə cərimələndi

Azərbaycan klubu topdaşıyanlara görə cərimələndi İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub
Futbol
105
6 Aprel , 2021 14:31
Azərbaycan klubu topdaşıyanlara görə cərimələndi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunu 800 manat məbləğində cərimələyib.

"Report"un məlumatına görə, buna "dənizçilər"in "Zirə" ilə heç-heçə etdikləri ölkə çempionatının XXI tur matçında topdaşıyan şəxslərin yaş həddinin pozulması səbəb olub. "Qartallar" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün eyni məbləğdə cərimə ödəyəcək.

"Sabah", "Qəbələ" və "Neftçi"yə 4 və daha çox oyunçuları sarı vərəqə aldıqları üçün 800 manat cərimə kəsilib.

"Sabah" - "Qəbələ" oyununda meydan sahiblərinin 4, qonaqların 5, "Neftçi" – “Sumqayıt” qarşılaşmasında isə "ağ-qaralar"ın 8 oyunçusu sarı vərəqə ilə cəzalanıb.

Son xəbərlər

Orphus sistemi