Azərbaycan klubu daha bir basketbolçunun keçidini açıqlayıb

Futbol
  • 27 sentyabr, 2024
  • 07:43
Azərbaycan klubu daha bir basketbolçunun keçidini açıqlayıb

“Ordu” klubu daha bir basketbolçunun keçidini açıqlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc basketbolçu Əlibəy Məmmədli ilə 1 illik müqavilə imzalanıb.

190 sm boya malik basketbolçunun son iş yeri “Gəncə” klubu olub. Ə.Məmmədli Azərbaycanın U-20 yığmasının da üzvüdür.