Azərbaycan klublarının UEFA Konfrans Liqasında ilk rəqibləri bəlli olacaq

Futbol
  • 18 iyun, 2025
  • 10:02
Azərbaycan klublarının UEFA Konfrans Liqasında ilk rəqibləri bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

“Report” xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə Azərbaycan klubları “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşəcək.

Azərbaycan təmsilçilərinin potensial rəqibləri sırasına AZ (Niderland), “Rapid” (Avstriya), “Sparta” (Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa Klara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Şarlerua” (Xorvatiya), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Balkani” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rakuv” (Polşa), “Rusenborq”, “Vikinq” (hər ikisi Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya) “Brondbü”, “Silkeborq” (hər ikisi Danimarka), “Lozanna” (İsveçrə), “Puşkaş Akademiyası” (Macarıstan), “Universitatya” (Rumıniya) və “Beytar” (İsrail) daxildir.

Həmçinin I təsnifat mərhələsində üz-üzə gələcək “Borats” (Bosniya və Herseqovina) - “Santa Koloma” (Andorra), “Runavik” (Farer adaları) - HIK (Finlandiya), “Valur” (İslandiya) - “Flora” (Estoniya), “Seynyayoki” (Finlandiya) - “Klaksvik” (Farer adaları), “Malişevo” (Kosovo) - “Vikinqur” (İslandiya), “Tre Fiori” (San Marino) - “Pünik” (Ermənistan), “Birkirkara” (Malta) - “Petrokub” (Moldova), “Larne” (Şimali İrlandiya) - “Auda” (Latviya), “Meqpays” (Cəbəllütariq) - “Payde” (Estoniya), “Atletik Eskaldes” (Andorra) - “Düdelanj” (Lüksemburq), “Nomme Kalyu” (Estoniya) – “Partizani” (Albaniya) cütünün qalibləri və UEFA Avropa Liqasının I təsnifat mərhələsində AEK (Kipr) – “Partizan” (Serbiya), “Spartak” (Slovakiya) – “Hakken” (İsveç) matçlarının məğlubarı da potensial rəqiblər arasında yer alıb.

Bununla yanaşı, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə məğlub olacağı təqdirdə, mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Bugünkü püşkatmada cütün məğlubunun potensial rəqibi də müəyyənləşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti