Azərbaycan klublarının Avropa Liqasındakı növbəti oyunlarının vaxtı açıqlanıb

Azərbaycan klublarının Avropa Liqasındakı növbəti oyunlarının vaxtı açıqlanıb "Qəbələ" və "İnter" iyulun 16-da səfər matçlarına çıxacaqlar
Futbol
10 İyul , 2015 22:28
Azərbaycan klublarının Avropa Liqasındakı növbəti oyunlarının vaxtı açıqlanıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsindəki ilk oyunlarının vaxtı açıqlanıb. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ" və "İnter" iyulun 16-da səfər matçlarına çıxacaqlar.

"Qəbələ" Bakı vaxtı ilə saat 23:30-da Serbiyanın paytaxtı Belqradda "Çukariçki"nin qonağı olacaq. Oyun "Çukariçki" stadionunda keçiriləcək. "İnter" isə İslandiyada Bakı vaxtı ilə 17 iyul saat 00:15-də "Haynarfyördur"la qarşılaşacaq. Oyun Hafnarfyördur şəhərindəki "Kaplakrikavöllur" stadionunda baş tutacaq.

Qeyd edək ki, cavab görüşləri iyulun 23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi