Azərbaycan klublarının Avropa Liqasındakı ev görüşlərinin vaxtı və yeri dəyişdirilib

Azərbaycan klublarının Avropa Liqasındakı ev görüşlərinin vaxtı və yeri dəyişdirilib "Zirə" səfərdə, "İnter" bir gün tez oynayacaq
Futbol
164
7 İyul , 2017 11:46
Azərbaycan klublarının Avropa Liqasındakı ev görüşlərinin vaxtı və yeri dəyişdirilib

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki görüşlərinin vaxtı və yeri dəyişib. "Report"un məlumatına görə, bütün 3 komandanın ev oyunlarının Bakıya təsadüf etməsi ilə əlaqədar belə bir qərar verilib. 

UEFA-nın qərarına əsasən, "Zirə" "Astra"sı ilə ilk qarşılaşmanı iyulun 13-də Rumıniyada keçirəcək. Cavab görüşü isə bundan bir həftə sonra Bakıdakı "Dalğa Arena"da olacaq. "İnter" Lüksemburqun "Fola Eş" komandası ilə ilk matçını iyulun 13-də deyil, bir gün tez keçirəcək. 12 iyul matçı "Dalğa Arena"da olacaq. 

"Qəbələ" isə iyulun 13-də Polşa "Yagelloniya"sını "Bakcell Arena"da qəbul edəcək. Həm "İnter", həm də "Qəbələ"nin cavab oyunu iyulun 20-də səfərdə baş tutacaq. 

Qeyd edək ki, "Qarabağ" da Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə ilk görüşünü Bakıda keçirəcək. Oyun iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.  

Son xəbərlər

Orphus sistemi