Azərbaycan klubları qış transfer dövründə 27 futbolçu alıb

Azərbaycan klubları qış transfer dövründə 27 futbolçu alıb Futbol üzrə Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsi rəsmən bağlanıb.
Futbol
10 Fevral , 2022 00:18
Azərbaycan klubları qış transfer dövründə 27 futbolçu alıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsi rəsmən bağlanıb.

"Report"un məlumatına görə, bir aylıq müddətdə 8 klub ümumilikdə 27 oyunçu ilə müqavilə bağlayıb. Ən çox transferə "Neftçi" imza atıbsa, ən az keçidi "Səbail" gerçəkləşdirib.

Transferlərdən 19-u xarici klublardan gəlibsə, 8-i bir yerli klubdan digərinə keçib.

“Qarabağ”
Gələnlər:
Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili ("Yagelloniya", Polşa: icarəyə), Leandro Andrade (“Çerno More”, Bolqarıstan)
Gedənlər: Qaspar Panadero (AEK, Kipr: icarəyə), Rahil Məmmədov ("Zirə": icazəyə)
Müqavilə müddətini uzadan: yoxdur

“Qəbələ”
Gələn:
Patrik Robson de Souza Monteyro (“Admira”, Avstriya: icarəyə), Samet Karakoç (“Bayrampaşa”, Türkiyə), Ramin Dobi ("Şevardeni", Gürcüstan)
Gedən: yoxdur
Müqavilə müddətini uzadan: yoxdur

“Neftçi”
Gələnlər:
Azər Salahlı ("Keşlə"), Eddi İsrafilov (azad agent), Elton Əlibəyli (“Səbail”: icarədən qayıdıb), Gilyerme Pato ("İnternasional", Braziliya), İvan Brkiç ("Riqa", Latviya), Azər Əliyev ("Ufa", Rusiya)
Gedənlər: Fəhmin Muradbəyli ("Keşlə": icarəyə), Romen Bask ("Şatoru", Fransa), Sabir Buqrin ("Esperans", Tunis), Harramiz Soareş ("Farense", Portuqaliya), Anxel Korrea ("Volos", Yunanıstan), Mamadu Kane ("Olimpiakos", Yunanıstan: icarədən qayıdıb)
Müqavilə müddətini uzadan: yoxdur

“Zirə”
Gələnlər:
Hamidu Keyta (“Santa Klara”, Portuqaliya), Brayan Alseus (“Qaz Metan”, Rumıniya), Rahil Məmmədov ("Qarabağ": icarə), Nail Alışov ("Səbail")
Gedənlər: Georgi Stoilov, Velves Santos ("Lvov", Ukrayna: icarədən qayıdıb), Rəşad Əzizli ("Səbail")
Müqavilə müddətini uzadan: yoxdur

“Sabah”
Gələnlər:
Aleksandr Neçayev (“Rux”, Belarus), Kristian da Silva Fil ("Koimbra", Portuqaliya), Hiqor Qabriel ("Fluminense", Braziliya)
Gedənlər: Petar Skuletiç, Saşa Stamenkoviç
Müqavilə müddətini uzadan: yoxdur

“Keşlə”
Gələnlər:
Fəhmin Muradbəyli ("Neftçi": icarəyə), Franko Flores ("Real Espanya", Honduras), Natan Oduva (“Dandolk”, İrlandiya)
Gedənlər: Azər Salahlı ("Neftçi"), Anatole Abanq ("Al-Bataeh" BƏƏ), Con Kamara, Omar Qudiabi, Nicat Qurbanov, Miyusko Boyoviç
Müqavilə müddətini uzadan: yoxdur

“Sumqayıt”
Gələnlər:
Aleksey Baqa (baş məşqçi), Vüqar Bəybalayev (azad agent), Elşən Abdullayev ("Səbail"), Araz Abdullayev ("Etnikos", Yunanıstan)
Gedənlər: Ayxan Abbasov (baş məşqçi), Roman Hüseynov ("Kəpəz"), Səid Rza
Müqavilə müddətini uzadan: yoxdur

“Səbail”
Gələnlər:
Rəşad Əzizli ("Zirə"), Hüseynəli Quliyev ("Sumqayıt)
Gedənlər: Elton Əlibəyli (“Neftçi”: icarədən qayıdıb), Kamran Ağayev (karyerasını bitirib), Şahin Zəkiyev (azad agent), Elşən Abdullayev ("Sumqayıt"), Turan Manafov ("Olimpiakos Volos", Yunanıstan: icarəyə)
Müqavilə müddətini uzadan: Turan Manafov.

Qeyd edək ki, klublar aprelədək azad agent statuslu oyunçuları heyətlərinə cəlb etmək hüququna malikdirlər.

Son xəbərlər

Orphus sistemi