Azərbaycan klubları futbolçularını dəyişib - RƏSMİ

Azərbaycan klubları futbolçularını dəyişib - RƏSMİ Bakı. 27 dekabr. REPORT.AZ/ Sumqayıt klubu dövrələrarası fasilədə ikinci transferini gerçəkləşdirib.
Futbol
27 Dekabr , 2018 17:46
Azərbaycan klubları futbolçularını dəyişib - RƏSMİ
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ "Sumqayıt" klubu dövrələrarası fasilədə ikinci transferini gerçəkləşdirib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Zirə"dən ayrılan Adil Nağıyevi heyətinə qatıb. 23 yaşlı müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. Nağıyev yeni komandasında 5 nömrəli formanı geyinəcək. 

"Zirə" isə "Sumqayıt"dan ayrılan Bəxtiyar Həsənalızadəni komandaya cəlb edib. O, da Nağıyev kimi 1.5 illik sözləşməyə qol çəkib. Həsənalızadə yeni komandasında da 14 nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, "Sumqayıt" daha öncə "Neftçi"dən ayrılan qapıçı Rəşad Əzizlini heyətinə qatıb. Bəxtiyar Həsənalızadə isə "Zirə"nin ilk transferidir. 

Son xəbərlər

Orphus sistemi