Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanın "Neftçi", "İnter" və "Qəbələ" futbol klubları Avropa Liqasında ilk oyunlarını keçirib.
"Report"un məlumatına görə, I təsnifat mərhələsi çərçivəsində komandaların biri Bakıda, digərləri isə səfərdə meydana çıxıb.
"İnter" Albaniyada yerli "Laçi" ilə üz-üzə gəlib. 90 dəqiqənin sonunda Oyun 1:1 hesabı ilə heç-heçə bitib. Qollar: Meto, 20 (1:0), Nika Kvekveskiri, 47 (1:1).
Gürcüstanda isə Tiflis "Dinamo"su ilə "Qəbələ" münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın yekununda Gürcüstan komandası üstün tərəf olub - 2:1.
Bakıda keçirilən yeganə oyunda isə "Neftçi" və "Mladost" komandaları qarşılaşıb. Monteneqro təmsilçisi ilə görüş heç-heçə ilə yekunlaşıb - 2:2.
Qeyd edək ki, cavab görüşləri iyulun 9-da keçiriləcək.