Azərbaycan I Divizionunda mövsümün üçüncü texniki məğlubiyyəti qeydə alınıb

Azərbaycan I Divizionunda mövsümün üçüncü texniki məğlubiyyəti qeydə alınıb Bakı. 13 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda daha bir texniki məğlubiyyət qeydə alınıb.
Futbol
13 Noyabr , 2018 15:55
Azərbaycan I Divizionunda mövsümün üçüncü texniki məğlubiyyəti qeydə alınıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda daha bir texniki məğlubiyyət qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, X turda “Zirə-2”nin səfərdə "Turan Tovuz"la keçirdiyi oyunun nəticəsi ləğv olunub və komandaya texniki məğlubiyyət verilib.

Buna səbəb qonaqların heyətində 3 futbolçunun lisenziyasının görüşdən əvvəl hakimə təqdim olunmamasıdır. Qəsəbə təmsilçisi həmçinin 800 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, daha öncə "Zirə" klubunun əsas komandasına da texniki məğlubiyyət verilib. I Divizonda isə "Səbail-2" komandası iki dəfə texniki məğlubiyyətlə üzləşib.

Son xəbərlər

Orphus sistemi