Azərbaycan I Divizionunda ilin ilk turunun bütün oyunları təxirə salınıb

Azərbaycan I Divizionunda ilin ilk turunun bütün oyunları təxirə salınıb Səbəb kimi ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti göstərilib
Futbol
1 Fevral , 2017 16:34
Azərbaycan I Divizionunda ilin ilk turunun bütün oyunları təxirə salınıb

Bakı. 1 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionundakı XIV turun bütün görüşləri fevralın 27-dək təxirə salınıb. 

"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası qərar çıxarıb. 

Səbəb kimi ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti göstərilib. Bu isə o deməkdir ki, I Divizionda mövsümün ikinci yarısına bu gün yox, fevralın 10-da XV tur qarşılaşmaları ilə start veriləcək. 

Qeyd edək ki, XIV turda "Göyəzən" "Qaradağ Lökbatan"ı, "Səbail" "Mil-Muğan"ı, "Şahdağ" "Zaqatala"nı, "Turan Tovuz" "Rəvan"ı, "Energetik" MOİK-i, "Ağsu" "Bakılı"nı, "Şərurspor" isə "Şəmkir"i qəbul etməlidir.

Son xəbərlər

Orphus sistemi