Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib

Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib "Turan Tovuz"un ardından "Səbail" və "Ağsu" Premyer Liqaya vəsiqə qazanıb
Futbol
27 Aprel , 2017 18:03
Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib
Report.az

Bakı. 27 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunun gümüş və mükafatçıları müəyyənləşib. "Report" xəbər verir ki, bu, son turun oyunlarından sonra məlum olub. 

"Səbail" klubu "Bakılı"nı 7:1 hesabı ilə məğlub edərək, 57 xalla 2-ci yeri tutub. 3-cü pillənin taleyi isə Tovuzda və Şəmkirdə həll olunub. "Turan Tovuz" "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə yenib. 5 minədək tamaşaçının izlədiyi görüşdə meydan sahiblərindən hər iki qolu Rəhman Musayev vurub. "Ağsu" isə "Şəmkir"lə qolsuz bərabərliyə qalaraq, 53 xalla 3-cü pilləyə yüksəlib. 

Beləliklə, "Turan Tovuz", "Səbail" və "Ağsu" I Divizionda ilk 3 yeri tutub. Reqlamentə əsasən, onlar gələn mövsüm Premyer Liqada iştirak hüququna yiyələniblər. 

Qeyd edək ki, Tovuzdakı qarşılaşmadan sonra meydan sahiblərinə qızıl medallar təqdim olunub. Kubok təqdimatında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı və AFFA nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi