Azərbaycan hakimlərinin Antalyada idarə edəcəkləri son oyunlar açıqlanıb

Azərbaycan hakimlərinin Antalyada idarə edəcəkləri son oyunlar açıqlanıb FİFA referilərinə istirahət verilib
Futbol
1801
24 Yanvar , 2017 13:01
Azərbaycan hakimlərinin Antalyada idarə edəcəkləri son oyunlar açıqlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı bu gün başa çatacaq. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesinin son günündə ədalət təmsilçiləri 6 oyuna təyinat alıb. 

FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov və Ömər Paşayevə istirahət verilib. Milli komandanın futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Stal"ı ilə Rumıniya "Tırqu Mureş"i arasında keçiriləcək görüş Emin Nağıbəyova tapşırılıb. 

24 yanvar

“Honved” (Macarıstan) – “Botev” (Bolqarıstan)
Hakimlər: Ziya Nəsirov, Cavanşir Yusifov, Elşad Abdullayev

“Qaz Metan” (Rumıniya) – “Zeged” (Macarıstan)
Hakimlər: İnqilab Məmmədov, Coşqun Həsənov, Akif Əmirəli

“Yagelloniya” (Polşa) – “Panduri” (Rumıniya)
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Cəmil Quliyev

“Karpatı”, əvəzedicilər (Ukrayna) – “Akjayık” (Qazaxıstan)
Hakimlər: Qorxmaz Eldarov, Vüsal Qənəbrov, Namiq Hüseynov

“Karpatı” (Ukrayna) – “Almalık” (Özbəkistan)
Hakimlər: Nahid Xasıyev, Mehman Mahmudov, Vaqif Musayev

“Stal” (Ukrayna) – “Tırqu Mureş” (Rumıniya)
Hakimlər: Emin Nağıbəyov, Zeynal Zeynalov, Rahil Ramazanov

Son xəbərlər

Orphus sistemi