Azərbaycan güləşçiləri Tbilisidə Qran-pri turnirində iştirak edəcəklər

Azərbaycan güləşçiləri Tbilisidə Qran-pri turnirində iştirak edəcəklər Azərbaycan güləşçiləri avqustun 7-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turnirində iştirak edəcəklər.
Futbol
6 Avqust , 2019 13:08
Azərbaycan güləşçiləri Tbilisidə Qran-pri turnirində iştirak edəcəklər

Azərbaycan güləşçiləri avqustun 7-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turnirində iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, sərbəst güləşçilərin yarışında məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili, Şahin Muxtarov (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Gitinoməhəmməd Hacıyev, Davud İbrahimov (hər ikisi 70 kq), Toğrul Əsgərov, İsmayıl Abdullayev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) mübarizə aparacaq.

Yunan-Roma güləşçiləri böyük məşqçi Rövşən Bayramovla məşqçi Turac Hüseynlinin rəhbərliyi altında turnirə yollanıb. Heyətdə Taleh Məmmədov (60 kq), Murad Məmmədov, Elman Muxtarov (hər ikisi 63 kq), Kamran Məmmədov (67 kq), İslambek Dadov (72 kq), Həsən Əliyev (77 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 82 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Həbib Nurulu Qran-pridə olacaq.

Son xəbərlər

Orphus sistemi