Azərbaycan futzal yığmasının heyətində dəyişiklik edilib

Azərbaycan futzal yığmasının heyətində dəyişiklik edilib Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Futbol
19 Yanvar , 2022 13:23
Azərbaycan futzal yığmasının heyətində dəyişiklik edilib
Maneka

Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Niderlandın Qroningen şəhərindəki hazırlıq prosesi zamanı Maneka zədələnib. Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib.

Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. Ahmadi bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi