Azərbaycan futzal millisi İranda ənənəvi turnirdə çıxış edəcək

Azərbaycan futzal millisi İranda ənənəvi turnirdə çıxış edəcək Yarışda İran, Qazaxıstan və Rusiya milliləri də mübarizə aparacaq
Futbol
10 Noyabr , 2017 14:37
Azərbaycan futzal millisi İranda ənənəvi turnirdə çıxış edəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Dekabrın 2-də futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində start götürəcək “4 Top Nations” ənənəvi beynəlxaq turnirinə qatılacaq. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 6 gün davam edəcək yarışda İran, Qazaxıstan və Rusiya milliləri də mübarizə aparacaq. 

Azərbaycan yığması dekabrın 3-də İran, dekabrın 4-də Rusiya, dekabrın 6-da isə Qazaxıstanla üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi