Azərbaycan Futzal Federasiyasının prezidenti AFFA İcraiyyə Komitəsinə üzv seçilib

Azərbaycan Futzal Federasiyasının prezidenti AFFA İcraiyyə Komitəsinə üzv seçilib Zaur Axundovun namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb
Futbol
110
15 Mart , 2017 11:02
Azərbaycan Futzal Federasiyasının prezidenti AFFA İcraiyyə Komitəsinə üzv seçilib

Bakı. 15 mart. REPORT.AZ/ AFFA-nın növbəti Hesabat Konfransında İcraiyyə Komitəsində vakant olan 1 yerə seçki keçirilib.

"Report"un məlumatına görə, həmin yerə yekdilliklə Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundov seçilib. O, dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib. 

Qeyd edək ki, Zaur Axundovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi