Azərbaycan folklor nümunələri ilə bağlı layihə hazırlanıb

Azərbaycan folklor nümunələri ilə bağlı layihə hazırlanıb Layihə hazırda aidiyyatı orqanlarla razılaşdırılma mərhələsindədir
Futbol
23 Yanvar , 2017 20:26
Azərbaycan folklor nümunələri ilə bağlı layihə hazırlanıb

Bakı 23 yanvar. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyi (MHA) tərəfindən “Azərbaycan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin) hüquqi qorunması və qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb və hazırda aidiyyəti orqanlarla razılaşdırılma mərhələsindədir.

Qurumdan "Report"a verilən məlumata görə, folklor nümunələri və ənənəvi biliklərin qorunması ilə bağlı nəzərdə tutulan tədbirlər çərçivəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi hazırlanaraq, Azərbaycan Respublikası Prezidentinin Administarsiyasına təqdim edilib.

“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu”na dəyişiklik edilməsi barədə” Qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihəsinə 11 nömrəli Əlavənin layihəsi və “Əsərlərin dövlət varidatı elan edilməsi haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” və “Əsərlərin dövlət varidatı elan edilməsi haqqında” Nazirlər Kabinetinin qərar layihələri isə hazırda aidiyyəti orqanlarla razılaşdırılma mərhələsindədir.

Son xəbərlər

Orphus sistemi