Azərbaycan əsilli futbolçu: "Ronaldu rekordumu yeniləməyə layiqdir"

Azərbaycan əsilli futbolçu: "Ronaldu rekordumu yeniləməyə layiqdir" Əli Daei portuqaliyalı hücumçu Kriştianu Ronaldunu bu göstəricini yeniləməyə ən layiqli namizəd hesab edir
Futbol
20 Yanvar , 2021 10:50
Azərbaycan əsilli futbolçu: Ronaldu rekordumu yeniləməyə layiqdir
Əli Daei

İran millisinin heyətində 149 oyunda 109 dəfə fərqlənərək yığmada ən çox qol vuran futbolçu ünvanının sahibi Əli Daei portuqaliyalı hücumçu Kriştianu Ronaldunu bu göstəricini yeniləməyə ən layiqli namizəd hesab edir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan əsilli forvard "Kicker" nəşrinə müsahibəsində deyib.

Veteran hücumçu bildirib ki, hazırda İtaliya "Yuventus"unda çıxış edən Ronaldu dünyanın ən yaxşı futbolçusudur: "Heç kim mənim rekordumu yeniləməyi onun qədər haqq etmir. Şübhəsiz, Ronaldu bütün zamanların ən yaxşısıdır. Fikrimcə, mükafat çox çalışan və qətiyyətli olanlar üçündür. Ona görə də bu, Kriştianu üçün layiqli mükafat olacaq".

Qeyd edək ki, Kriştianu Ronaldu milli səviyyəsində 170 oyunda 102 qol vurub. O, DÇ-2022-nin seçmə mərhələsində fərqlənməklə Əli Daeinin rekordunu yeniləyə bilər.

Portuqaliya millisi seçmə mərhələdə Azərbaycan, Serbiya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi