Azərbaycan çempionu: Premyer Liqada qalib olmağı haqq edirdik

Azərbaycan çempionu: Premyer Liqada qalib olmağı haqq edirdik Bu gün 11-ci dəfə çempion olduq. Düşünürəm ki, bunu haqq edirdik.
Futbol
26 May , 2024 22:55
Azərbaycan çempionu: Premyer Liqada qalib olmağı haqq edirdik

Bu gün 11-ci dəfə çempion olduq. Düşünürəm ki, Premyer Liqada qalib olmağı haqq edirdik.

"Report" xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXVI turu bitdikdən sonra baş tutan mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun futbolçusu Toral Bayramov deyib.

Komandası ilə birlikdə 11-ci dəfə Azərbaycan çempionu olmuş futbolçu geriyə ancaq xoş xatirələr qaldığını söyləyib: "Çox sevincliyik. Bizim üçün uğurlu və möhtəşəm mövsüm alındı. Mövsümün əvvəlində güvənsiz başlasaq da, sonradan toparlana bildik. Geriyə baxsaq, xoş xatirələrimiz çox oldu".

Müdafiəçi mövsümü heç də asan keçirmədiklərini vurğulayıb: "Asan mövsüm olduğunu deməzdim. Əksinə daha çətin olduğunu düşünürəm. Xatırlayırsınızsa, çempionatın əvvəlində birinci pilləyə yüksələ bilmirdik, 2-cü, 3-cü yerlərdə qalırdıq. Ancaq var gücümüzü ortaya qoyduq, sonda da 8 tur əvvəl çempion olmağı bacardıq".

"Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran T.Bayramov bu məsələlərlə klub rəhbərliyinin məşğul olduğunu söyləyib: "Bunun barəsində danışmaq istəmirəm. Belə işlərlə menecerlər, klub rəhbərliyi məşğuldur. Danışa biləcəyim bir mövzu deyil. Yaşayarıq görərik".

"Çempionlar Liqasında ölkəmizi, xalqımızı təmsil edəcəyik. Daha da "artırıb", xalqımızı və azarkeşlərimizi sevindirməyə çalışacağıq" - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, hələ 8 tur əvvəldən çempionluğu təmin edən "Qarabağ" Azərbaycan Premyer Liqasının son matçında "Araz-Naxçıvan"la qarşılaşıb və görüş 2:2 hesabı ilə bitib.

Son xəbərlər

Orphus sistemi