Azərbaycan çempionatında yeni mövsümün başlanma tarixi açıqlandı

Azərbaycan çempionatında yeni mövsümün başlanma tarixi açıqlandı Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
Futbol
14 İyun , 2021 14:22
Azərbaycan çempionatında yeni mövsümün başlanma tarixi açıqlandı

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Federasiyadan "Report"a verilən məlumata görə, iclasda yeni mövsümün başlanması, əsasnamənin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Qərara alınıb ki, lüksək liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start verilsin.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcəklər.

Son xəbərlər

Orphus sistemi