Azərbaycan Premyer Liqasında 40 aydan sonra yenilik baş verib

Azərbaycan Premyer Liqasında 40 aydan sonra yenilik baş verib Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda yenilik baş verib.
Futbol
21 Fevral , 2022 11:07
Azərbaycan Premyer Liqasında 40 aydan sonra yenilik baş verib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda yenilik baş verib.

"Report"un məlumatına görə, bu, baş tutan bütün matçlarda meydan sahiblərinin qalib gəldiyi ilk turdur.

Ölkə çempionatında sonuncu belə hadisə 2018-ci ilin oktyabrında yaşanıb. 2018/19 mövsümünün VII turunda qonaqlar xal qazanmayıb. 3 il 4 ay, yəni 40 ay öncə də indiki kimi bir matç təxirə salınıb, digər üç qarşılaşmada meydan sahibləri qələbə əldə edib.

Qeyd edək ki, XVI turda “Qəbələ” “Səbail”i, “Zirə” “Sabah”ı eyni – 2:0, “Neftçi” isə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. Turun təxirə salınan “Qarabağ” “Sumqayıt” görüşü isə mayın 12-nə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi