Azərbaycanın avrokuboklarda qrupdan çıxan ilk komandası Vətənə qayıdıb

Azərbaycanın avrokuboklarda qrupdan çıxan ilk komandası Vətənə qayıdıb UEFA Konfrans Liqasının qrup mərhələsinin səfər oyununda Qazaxıstanın "Kayrat" komandasına qalib gəlmiş “Qarabağ” komandası vətənə qayıdıb.
Futbol
5 Noyabr , 2021 04:11
Azərbaycanın avrokuboklarda qrupdan çıxan ilk komandası Vətənə qayıdıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin səfər oyununda Qazaxıstanın "Kayrat" komandasına qalib gəlmiş “Qarabağ” komandası Vətənə qayıdıb.

“Report” xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın futbolçuları və məşqçi heyətini futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər və jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılmış qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Doğma meydanda olduğu kimi, səfərdə də "Kayrat"a eyni hesabla qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.

Beləliklə, Azərbaycan komandası UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib. Buna İsveçrə "Bazel"inin IV tur matçında Kiprdə "Omoniya" ilə 1:1 hesablı heç-heçə etməsi səbəb olub.

"Qarabağ" H qrupunda ilk 2 sıradan birini təmin edib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb.

"Qarabağ" bununla avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi