Azarkeşlər klub rəhbərliyini boykot ediblər

Azarkeşlər klub rəhbərliyini boykot ediblər Onlar komandanın uğursuz nəticələrinə görə belə addım atıblar
Futbol
17 Oktyabr , 2016 15:58
Azarkeşlər klub rəhbərliyini boykot ediblər

Bakı. 17 oktyabr. REPORT.AZ/ İngiltərənin "Çarlton Atletik" klubunun azarkeşləri rəhbərliyi boykot ediblər. 

"Report"un məlumatına görə, onlar komandanın uğursuz nəticələri səbəbindən bu cür addım atıblar.

Komandanın birinci liqada "Koventri" ilə qarşılaşması zamanı azarkeşlər meydançaya oyuncaq donuzlar atıblar. Bu səbəbdən matçda təxminən 5 dəqiqəlik fasilə yaranıb.

Qeyd edək ki, "Çarlton Atletik" illərlə Premyer Liqada çıxış edib. Elitada uğursuz çıxış edən komanda "Çempionşip"ə, ardınca isə birinci liqaya düşüb.

Son xəbərlər

Orphus sistemi