Ayxan Abbasov: "Səhvlərdən nəticə çıxarmalıyıq"

Ayxan Abbasov: "Səhvlərdən nəticə çıxarmalıyıq" "Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Çətin səfər olacağını bilirdik. Həm meydan amili, həm çempionatda yaranmış fasilənin oyuna təsiri var idi. Yenidən çempionatın ab-havasına girmək lazımdır".
Futbol
12 Sentyabr , 2021 20:40
Ayxan Abbasov: Səhvlərdən nəticə çıxarmalıyıq

"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Çətin səfər olacağını bilirdik. Həm meydan amili, həm çempionatda yaranmış fasilənin oyuna təsiri var idi. Yenidən çempionatın ab-havasına girmək lazımdır".

"Report"un məlunatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın III tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis birinci hissədə qol imkanlarından istifadə edə bilmədiklərini söyləyib: "İkinci yarıda futbolçular bəzi anlarda konsentrasiyanı itirdi. Qoldan sonra "Səbail" yaxşı müdafiə olundu. Çempionat gərgin keçəcək. Belə məğlubiyyətlər, qələbələr olacaq. Ötən mövsüm də bu cür hallarla rastlaşmışıq. Hər xal bizim üçün dəyərlidir. Bu gün buradan xalla qayıtmaq istəyirdik, təəssüf ki, buna nail ola bilmədik. Tez zamanda toparlanıb, bu oyunu təhlil edib, səhvlərdən nəticə çıxarmalıyıq".

Son xəbərlər

Orphus sistemi