Ayxan Abbasov: "Komandanın Sumqayıtın adına layiq olmasına çalışacağıq"

Ayxan Abbasov: "Komandanın Sumqayıtın adına layiq olmasına çalışacağıq" Bakı. 14 noyabr. REPORT.AZ/ “Rəhbərlikdən təklif gəldi, müzakirə etdik. Gələcək planları ilə bağlı düşüncələrini bölüşdülər. Təkif və fikirlərini müsbət qarşıladım”.
Futbol
14 Noyabr , 2018 15:23
Ayxan Abbasov: Komandanın Sumqayıtın adına layiq olmasına çalışacağıq
0 : 00
0 : 00

Bakı. 14 noyabr. REPORT.AZ/ “Rəhbərlikdən təklif gəldi, müzakirə etdik. Gələcək planları ilə bağlı düşüncələrini bölüşdülər. Təkif və fikirlərini müsbət qarşıladım”. 

Bunu “Report”a “Sumqayıt” futbol komandasına yeni baş məşqçi təyin olunan Ayxan Abbasov deyib.

37 yaşlı mütəxəssis bildirib ki, futbolun sevildiyi şəhərə gəldiyi üçün şaddır: “Azərbaycanda futbolçu yetişdirən bir neçə şəhər var ki, onlardan biri də Sumqayıtdır. Burada futbolu bilən insanlar və azarkeş dəstəyi çoxdur. Sözün əsl mənasında, futbol şəhəridir. Mənim üçün də çox xoş oldu, razılaşdıq. Komandamızın Sumqayıtın adına layiq olmasına çalışacağıq. Həm oynanılacaq futbol, həm də nəticə baxımından tərəfdarlarımızı məmnun etmək istəyirik. Əzmkar, mübariz bir komandamız olacaq”.

Abbasov sələfi Nazim Süleymanovun dönəmində komandanın uğursuz çıxışının səbəbləri barədə danışmaq istəmədiyini söyləyib: “Burada olan futbolçuların əksəriyyəti ilə tanışam. Hər biri mənim üçün dəyərlidir. Qış fasiləsində sabiq komandam “Zirə”dən bura kimlərisə gətirmək barədə danışmaq tezdir. Qışa qədər həm çempionatda, həm də kubokda oyunlarımız var. Bütün fikirlərimizi bu matçlara yönəldəcəyik. Nəsə deməyim düz çıxmaz. Hər bir baş məşqçinin öz fikri var. Burada öz istəklərimi futbolçulara çatdırmağa çalışacağam. Məndən qabaq nə olub, necə olub – bu mövzulara toxunmasam yaxşı olar”.

Yeni baş məşqçi daha əvvəl "Zirə"də birgə çalışdığı Elnur Çodarovun "Sumqayıt"da da ona kömək edəcəyini diqqətə çatdırıb.  

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada 11 turdan 11 xalla 6-cı pillədə qərarlaşıb.  

Son xəbərlər

Orphus sistemi