Ayxan Abbasov: "Ən kritik oyunda önəmli qələbə qazandıq"

Ayxan Abbasov: "Ən kritik oyunda önəmli qələbə qazandıq" "Rəqib xal qazansaydı, bu, bizə çətin anlar yaşada bilərdi"
Futbol
116
16 Aprel , 2021 22:39
Ayxan Abbasov: Ən kritik oyunda önəmli qələbə qazandıq
Ayxan Abbasov

"Əlbəttə, ən kritik oyunda önəmli qələbə qazandıq. Rəqib xal qazansaydı, bu, bizə çətin anlar yaşada bilərdi. İkinci hissədə futbolçularımız üstün, taktiki cəhətdən düzgün oynadılar. Komandamı və azarkeşlərimizi təbrik edirəm. Sonadək vuruşacağıq".

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bu il ilk dəfə "Qəbələ"ni uda bildiklərini söyləyib. O, "Qarabağ"a 1:4 hesabı ilə uduzmalarına rəğmən, ümidverici oyun sərgilədiklərini söyləyib: "Belə məğlubiyyətlərdən sonra komandanın toparlanması, ruhunun yerində olması önəmlidir. Məncə, vəziyyətdən çıxa bildik".

Abbasov Camaləddin Xocaniyazovun vəziyyətinə sabah aydınlıq gələcəyini diqqətə çatdırıb: "Ümid edirik ki, zədəsi iki həftədən çox çəkməyəcək".

Baş məşqçi Rəhim Sadıxovun Ukrayna klubundan təklif alması xəbərinə də aydınlıq gətirib: "Onun bizimlə müqaviləsi var. Bizə onun Ukrayna klubundan təklif alması deyilməyib. Hansı klub istəsə, ilk növbədə, bizə müraciət etməlidir".

Abbasovun sözlərinə görə, komandada kimin qalıb-qalmaması büdcədən asılıdır: "Bu gün hansısa futbolçuya rahatlıqla qalmasını təklif edə bilmirik. Çempionat bitdikdən sonra rəhbərliklə söhbət edəcəyik".

Son xəbərlər

Orphus sistemi