"Ayntraxt" 38 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb

Futbol
  • 18 fevral, 2022
  • 12:16
Ayntraxt 38 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb
Makoto Hasebe

Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu futbolçusu Makoto Hasebe ilə müqaviləni uzadıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2027-ci ilədək nəzərdə tutulub.

Yaponiyalı oyunçu 2022/2023 mövsümünün sonunadək komandanın formasını geyinəcək, daha sonra karyerasını bitirərək, klubun məşqçilər heyətinə daxil ediləcək.

Qeyd edək ki, Makoto Hasebe "Ayntraxt"da 2014-cü ilin iyunundan forma geyinir. 2021/2022 mövsümündə o, 19 oyuna çıxıb.