"Daim AFFA ilə əlaqədəyəm. Ancaq onlardan mənə yekun təklif bir dəfə də olsun, gəlməyib".
"Report" xəbər verir ki, bunu Rusiyanın "Ximki" klubunun Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev sport24.ru-ya müsahibəsində deyib.
Moskva “Spartak”ının yetirməsi AFFA ilə onun milliyə cəlib olunması yönündə danışıqlarda konkretliyin olmamasından narazılıq edib: "Hər şey səthi, konkret danışıqlar olmadan baş tutub. Fikrimcə, bir yerdə oturub danışmaq, bir-birimizə qulaq asmaq və ortaq nəticəyə gəlmək lazımdır. İndi isə belə çıxır ki, məni sadəcə istəyirlər, ancaq heç nə ortada yoxdur".
26 yaşlı yarımmüdafiəçi hələ də Azərbaycan millisində çıxış etməyə hazır olub-olmadığını bilmədiyini qeyd edib: "Mən ancaq konkret danışıqlardan sonra özümün buna hazır olub-olmadığını biləcəyəm. İndi deyə bilmərəm ki, hazıram, ya yox. Tələsik qərarlar vermək istəmirəm".