"Ayaks" komadan ayılan futbolçunun müqaviləsini ləğv etdi

"Ayaks" komadan ayılan futbolçunun müqaviləsini ləğv etdi Niderlandın “Ayaks” klubu 2 il 8 aydan sonra komadan ayılan futbolçusu Abdelhak Nuri ilə müqaviləni ləğv edib.
Futbol
31 Mart , 2020 12:26
Ayaks komadan ayılan futbolçunun müqaviləsini ləğv etdi

Niderlandın “Ayaks” klubu 2 il 8 aydan sonra komadan ayılan futbolçusu Abdelhak Nuri ilə müqaviləni ləğv edib.

“Report” “De Telegraaf”a istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin böhran səbəbindən bu addımı atdığı bildirilib. 

Oyunçunun sözləşməsi bu ilin yayına kimi nəzərdə tutulub. Klub Nurinin maaşını iyul ayının əvvəlinə qədər ödəyəcək.

Qeyd edək ki, Abdelhak Nuri 2017-ci ilin yayında Almaniya “Verder”i ilə yoldaşlıq görüşündə huşunu itirib. O, komandan ayılandan sonra ailəsi klubdan təzminat tələb edib.

Son xəbərlər

Orphus sistemi