"Ayaks" klubunun yeni baş məşqçisi bəlli olub

"Ayaks" klubunun yeni baş məşqçisi bəlli olub Niderlandın "Ayaks" klubunun yeni baş məşqçisi bəlli olub.
Futbol
12 May , 2022 19:29
Ayaks klubunun yeni baş məşqçisi bəlli olub

Niderlandın "Ayaks" klubunun yeni baş məşqçisi bəlli olub.

"Report" Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə hazırda Belçika "Brügge"sinin sükanı arxasında olan Alfred Sxröder təyin edilib.

50 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Niderlandlı baş məşqçi bu postda İngiltərənin "Mançester Yunayted" klubuna keçən Erik ten Haqı əvəzləyib.

Qeyd edək ki, Alfred Sxröder 2018/2019 mövsümündə "Ayaks"da köməkçi məşqçi işləyib.

Son xəbərlər

Orphus sistemi