"Ayaks"ın qapıçısı Hollandiya Kubokunda başla qol vurub - VİDEO
- 28 yanvar, 2019
- 06:48
Bakı. 28 yanvar. REPORT.AZ/ “Ayaks”ın yeniyetmələrdən ibarət komandasının qapıçısı Dan Raytsiger Hollandiya Kubokunun 1/8 finalında “Breda” ilə oyunun qəhrəmanı olub.
“Report” xəbər verir ki, 17 yaşlı qolkiper matçın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə künc zərbəsindən sonra başla fərqlənərək hesabı 1:1 edib. O, həmçinin penalti seriyasında bir zərbəni dəf edərək, komandasının 1/4 finala vəsiqə qazanmasına köməklik göstərib.
Kubok yarışı yeniyetmə komandalar arasında təşkil olunur.
Qeyd edək ki, “Ayaks”ın əsas komandası Hollandiya çempionatının XXI turunda “Feyenoord”a səfərdə 2:6 hesabı ilə uduzub.
That moment when your goalkeeper (17) is scoring the 1-1 and stopping a penalty...
— AFC Ajax (@AFCAjax) 26 января 2019 г.
Through to the next round #AjaxO19 #nacaja pic.twitter.com/gI7qi6oJRe