"Ayaks"ın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb
Futbol
- 25 noyabr, 2021
- 05:42
Niderlandın "Ayaks" klubunun futbolçusu Sebastyen Alle Çempionlar Liqasının tarixinə düşüb.
"Report"un məlumatına görə, 27 yaşlı hücumçu buna V turda Türkiyədə "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.
Qarşılaşmada dubl edən forvard avrokubokların qrup mərhələsində ardıcıl 5 matçda fərqlənən 4-cü oyunçu olub.
Daha əvvəl bunu İtaliya "Yuventus"undan Alessandro Del Piero (1995), hazırda Braziliyanın "Atletiko Mineyro" klubunda çıxış edən Dieqo Kosta (2014) və Almaniyanın "Borussiya" (Dortmund) komandasından Erlinq Holann bacarıb.
Alle qitənin bir nömrəli klub turnirində 9 qolla bombarlik siyahısına da başçılıq edir. O, turnirdəki debüt mövsümündə bu qədər qol vuran ilk oyunçu adına da sahib çıxıb.
Son xəbərlər
01:07
Video
Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü
Daxili siyasət00:58
Ağ Ev: Tramp komandası ilə Qrenlandiyanın satın alınmasını müzakirə edir
Digər ölkələr00:30
Hələbdə toqquşmalar zamanı beş nəfər ölüb, 30-dan çox insan xəsarət alıb
Digər ölkələr00:17
Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb
Hadisə23:57
"Karvan" musiqi qrupunun təsisçisi Sevinc Kərimova vəfat edib
İncəsənət23:45
Ursula fon der Lyayen: Qanun gücdən üstündür, bu, Qrenlandiyaya da aiddir
Digər ölkələr23:32
Salyanda yol qəzasında xəsarət alanların son durumları açıqlanıb - YENİLƏNİB
Hadisə23:25
Foto
Ərdoğan: Malayziya ilə müdafiə sənayesində atacağımız birgə addımları qiymətləndirəcəyik - YENİLƏNİB
Region23:01