Niderlandın "Ayaks" klubu futbol üzrə Çempionlar Liqasının yarımfinal matçının ilk oyununda "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, matçda yeganə qolu görüşün 15-ci dəqiqəsində Donni van de Bek vurub.
Komandalar arasında cavab qarşılaşması mayın 8-də Amsterdam şəhərində keçiriləcək.
Digər yarımfinal qarşılaşmasında "Barselona" və "Liverpul" üz-üzə gələcək. İlk matç mayın 1-də keçiriləcək.
Çempionlar Liqası, 1/2 final, ilk oyun
"Tottenhem" (İngiltərə) - "Ayaks" (Hollandiya) - 0:1 (0:1)