Türkiyə qol vura bilmədiyi rəqibə qarşı: Portuqaliya millisi ilə 4-cü duel

Türkiyə qol vura bilmədiyi rəqibə qarşı: Portuqaliya millisi ilə 4-cü duel Almaniyada keçirilən Avropa çempionatının F qrupunda üz-üzə gələcək Türkiyə və Portuqaliya milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) üç dəfə üz-üzə gəliblər.
Futbol
22 İyun , 2024 12:17
Türkiyə qol vura bilmədiyi rəqibə qarşı: Portuqaliya millisi ilə 4-cü duel

Almaniyada keçirilən Avropa çempionatının F qrupunda üz-üzə gələcək Türkiyə və Portuqaliya milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) üç dəfə üz-üzə gəliblər.

"Report"un məlumatına görə, bunların hamısı qitəmiqyaslı yarışa təsadüf edib.

"Ay-ulduzlular" 1996-cı ildə 0:1, 2000 və 2008-ci illərdə 0:2 hesabı ilə uduzub və heç bir matçda qol vura bilməyib.

Qardaş ölkə ümumilikdə bu rəqiblə doqquz dəfə görüşüb, yalnız 1955 (3:1) və 2012-ci ildəki (3:1) yoldaşlıq oyunlarında qalib gələ bilib.

F qrupunun digər görüşündə Çexiya seçməsi Gürcüstanı sınağa çəkəcək. Bu, tərəflərin ilk rəsmi qarşılaşması olacaq.

E qrupunda II turun sonuncu oyununda Belçika yığması Rumıniyanın müqavimətini qırmağa çalışacaq. Bu komandalar böyük turnirlərdə üz-üzə gəlməyiblər.

Qeyd edək ki, Gürcüstan - Çexiya matçı Bakı vaxtı ilə saat 17:00-da, Türkiyə - Portuqaliya qarşılaşması 20:00-da, Belçika - Rumıniya dueli isə 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi