​Avstriya klubu "Kəpəz"lə keçiriləcək Avroliqa matçının məkanı ilə bağlı yanlışlığa yol verib

​Avstriya klubu "Kəpəz"lə keçiriləcək Avroliqa matçının məkanı ilə bağlı yanlışlığa yol verib "Admira" qarşılaşmanın Gəncə şəhər stadionunda keçiriləcəyini yazıb
Futbol
19 İyul , 2016 01:49
​Avstriya klubu Kəpəzlə keçiriləcək Avroliqa matçının məkanı ilə bağlı yanlışlığa yol verib

Bakı. 19 iyul. REPORT.AZ/ "Kəpəz" klubunun Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Admira" komandası ilə keçirəcəyi cavab qarşılaşmasının məkanı ilə bağlı yanlışlığa yol verilib.

"Report"un məlumatına görə, "Admira"nın rəsmi saytı matçın Gəncə şəhər stadionunda keçiriləcəyini yazıb.

"Cavab görüşü öncəsi son informasiya" adlı xəbərdə komandanın yaxşı formada olduğu bildirilir. Oyunun başlama saatı isə dəqiq göstərilib.

"Kəpəz" - "Admira" görüşü Gəncə şəhər stadionunda deyil, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək. Oyun saat 20:00-da başlanacaq. İlk qarşılaşmada "Admira" qalib gəlib - 1:0.

Son xəbərlər

Orphus sistemi