Avropanın ən dəyərli klubları açıqlanıb

Avropanın ən dəyərli klubları açıqlanıb Avropanın ən dəyərli klubları açıqlanıb.
Futbol
26 May , 2022 13:04
Avropanın ən dəyərli klubları açıqlanıb

Avropanın ən dəyərli klubları açıqlanıb.

"Report"un məlumatına görə, KPMG Football Benchmark konsaltinq şirkətinin hesabatına əsasən, İspaniya təmsilçisi "Real Madrid" yenə ilk pillədə qərarlaşıb.

"Kral klubu" 3,184 milyard avro dəyərlə ardıcıl dördüncü il siyahıya başçılıq edir. İkinci sırada İngiltərənin "Mançester Yunayted" (2,9 milyard avro) klubu yer alıb. İlk "üçlüy"ü isə digər İspaniya nəhəngi "Barselona" (2,8 milyard avro) qapayır.

Almaniya "Bavariya"sı (2,749 milyard avro) dördüncü, İngiltərə "Liverpul"u (2,556 milyard avro) beşincidir.

Qeyd edək ki, KPMG Football Benchmarkın analitikləri Avropanın 32 klubunun dəyərini illik maliyyə hesabatlarına və onların təxmini qiymətlərinə əsasən hesablayıb.

Son xəbərlər

Orphus sistemi