Avropanın ən bahalı heyətə malik klubları - SİYAHI

Avropanın ən bahalı heyətə malik klubları - SİYAHI Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) Avropada ən bahalı heyətə malik futbol klublarının adlarını açıqlayıb.
Futbol
16 Mart , 2020 16:55
Avropanın ən bahalı heyətə malik klubları - SİYAHI

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) Avropada ən bahalı heyətə malik futbol klublarının adlarını açıqlayıb.

"Report" CİES-in rəsmi saytına istinadən xəbər verir ki, yalnız "böyük 5-lik" çempionatlarında çıxış edən komandalar arasında aparılan araşdırma zamanı hər komandadan transfer dəyəri ən yüksək olan 20 futbolçunun qiyməti nəzərə alınıb.

Siyahıya oyunçularının ümumi dəyəri 1,4 milyard avro olan İngiltərənin "Liverpul" klubu başçılıq edir. İkinci sırada bu ölkənin digər təmsilçisi "Mançester Siti", 3-cü pillədə isə İspaniya "Barselona"sı yer alıb.

Ən bahalı heyəti malik klubların "Top-10"u:

1. "Liverpul" (İngiltərə) - 1,405 milyard avro

2. "Mançester Siti" (İngiltərə) - 1,361 milyard avro

3. "Barselona" (İspaniya) - 1,17 milyard avro

4. "Real Madrid" (İspaniya) - 1,1 milyard avro

5. "Çelsi" (İngiltərə) - 1,008 milyard avro

6. "Mançester Yunayted" (İngiltərə) - 1,007 milyard avro

7. PSJ (Fransa) - 979 milyon avro

8. "Atletiko" (İspaniya) - 836 milyon avro

9. "Tottenhem" (İngiltərə) - 787 milyon avro

10. "Yuventus" (İtaliya) - 783 milyon avro.

Son xəbərlər

Orphus sistemi