Avropa Liqasının finalına bilet satışından vəsait UEFA-ya gedəcək
Futbol
- 15 may, 2019
- 06:39
UEFA Avropa Liqasının final oyununa ev sahibliyinin Bakıya verilməsində dövlət dəstəyi həlledici rol oynayıb.
"Report"un məlumatına görə, bunu AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində deyib.
O, bildirib ki, Bakı finala ev sahibliyi üçün bir sıra şəhərlərlə rəqabət aparıb. Azərbaycan dövlətinin dəstəyi və təmin etdiyi şərtlər sayəsində bu hüquq Bakıya verilib. Piriyev Avropa Liqasının final matçı üçün bilet satışından əldə olunacaq məbləğ yalnız UEFA-nın büdcəsinə gedəcəyini də əlavə edib.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.
Son xəbərlər
21:09
Rusiyanın raket və dron hücumu nəticəsində Krivoy Roqda beş nəfər yaralanıb
Digər ölkələr20:53
Foto
İstanbulda fırtına nəticəsində 45 ağac qopub, 89 dam uçub
Region20:41
Hipper: Aİ ölkələri Rusiya gəmilərində yoxlama aparmaq hüququna malikdir
Digər ölkələr20:34
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Hadisə20:23
Azərbaycan Yüksək Liqası: "Turan" "Azərreyl"i, UNEC isə "DH Volley"i məğlub edib
Komanda20:21
TDT ölkələri iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə hazırlıqlarını təsdiq ediblər
Biznes19:57
Foto
Azərbaycan Atletika Federasiyasında ötən ilin ən yaxşıları mükafatlandırılıb
İdman19:57
Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub
Maliyyə19:52