Avropa Liqasının final oyunu ilə əlaqədar ADNSU-da görüş keçirilib

Avropa Liqasının final oyunu ilə əlaqədar ADNSU-da görüş keçirilib Bakı. 25 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə növbəti görüşünü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və müəllim heyəti ilə keçirib.
Futbol
25 Dekabr , 2018 17:44
Avropa Liqasının final oyunu ilə əlaqədar ADNSU-da görüş keçirilib

Bakı. 25 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə növbəti görüşünü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və müəllim heyəti ilə keçirib.

"Report" xəbər verir ki, 450-dək tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimat nümayiş olunub. Tədbirdə Azərbaycan milli komandasının və “Qəbələ” klubunun futbolçusu Təmkin Xəlilzadə də iştirak edib.

Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və s. kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər 1 aprel – 18 mayda keçiriləcək. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.

Qeydiyyatla bağlı sualları olan şəxslər [email protected] email ünvanına göndərə bilərlər. Könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi